Xəzər Xəbər

Günün ULDUZ FALI: Əməllərinizə görə sonradan peşman ola bilərsiniz

Maraqlı | 09:17 • 19 Aprel 2021
Günün ULDUZ FALI: Əməllərinizə görə sonradan peşman ola bilərsiniz

XəzərXəbər dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - tələsməyin, gözləyin. Qətiyyətli davranmağa can atsanız da, indi əlverişli zaman deyil. Fikirlərinizi özünüzdə saxlayın. Hətta ən inanılmış insanlarla söhbətlərdə belə, etiraflara varmayın. Şəxsi həyatınızla bağlı məsələləri müzakirə etməyin. Ünvanınıza xoşagəlməz tənqidlər eşidə bilərsiniz. Qarışıq və mənasız məsləhətlər yaşanan situasiyanı daha da ağırlaşdıra bilər.

Sadəcə, səbrli olun. Gərəkli məlumatı az sonra alacaqsınız. Belədə dürüst qərar qəbul etmək də çətin deyil.

Günün ikinci yarısında özünüzü qoruyun. Orqanizm qayğı tələb edir.

Ekstremal macəralara qapılmayın.

Buğa - peşəkar fəaliyyət müstəvisində irəliləyişlər istisna deyil. Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. İşgüzar intuisiyanıza güvənə bilərsiniz. Tamamilə yeni layihəyə və ya sifarişin icrasına başlayırsınızsa, görəcəyiniz işlə bağlı mümkün qədər çox məlumat əldə etməyə çalışın.

Minimal səviyyədə məlumatla işləmək olmaz. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Belə olarsa, işdə rəhbərlik sizi sezəcək.

Günün ikinci yarısında fiziki işləri bir qədər azaldın. Özünüzü çox yormayın. İmicdə radikal dəyişikliklərə varmayın. Amma geyimdə adi stildən bir qədər çəkilmək olar.

Əkizlər - sürətlə hərəkət edin. Gün hadisələrlə doludur, uzun-uzadı düşünüb-daşınmaq üçün vaxt yoxdur. İntuisiyanız fasiləsiz işləyir, sizə yaxşı siqnallar verin. Məhz bunun sayəsində rəqiblər və bədxahlarla müqayisədə daha sürətlə hərəkət edin.

Pul gələ bilər. Yeni tanışlardan birindən qiymətli hədiyyə ala bilərsiniz.

Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız çətinlikləri şəxsi münasibətlərinizdəki problemlərlə müqayisədə daha sürətlə həll edəcəksiniz. Sevdiyiniz insanla dil tapmaq asan deyil. Ən kiçik məsələlərdə münaqişələr yarana bilər. Bu gün yaranacaq münasibətlər asan və rəvan olmayacaq.

Xərçəng - maliyyə işləri xüsusi ehtiyat və sayıqlıq tələb edir. Pulla bağlı məsələlərdə dürüst qərar qəbul etmək asan deyil. Kiçik detalları görürüsünüz, amma situasiyanı ümumilikdə dəyərləndirməkdə çətinlik çəkirsiniz. Gərəkli məsləhət vermək, addım və qərarlarınızı realistcəsinə, obyektiv dəyərləndirə biləcək insanların yanınızda olması məsləhətdir.

İşdə rəhbərliklə kəskin mübahisə yarana bilər. Yeni işdirsə, konkret davranın.

Günün ikinci yarısında əhvalın pisləşməsi, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Mədə-bağırsaq sistemindən xüsusilə muğayat olun.

Kulinar eksperimentlər üçün uyğun gün deyil.

Şir - ən kiçik problem və ya çətinlik sizi təbdən çıxarmasın. Soyuqqanlı, təmkinli olun. Heç bir suçu olmayan insanları acılamayın, sizə dəyər verən şəxslərlə aqressiv davranmayın. Əks təqdirdə əməllərinizə görə sonradan peşman ola bilərsiniz.

Günün ikinci yarısında işdə problemlər yarana bilər. Çətinliklərin öhdəsindən gəlmək üçün müttəfiqlər, habelə daha təcrübəli həmkarların yardımlarına ehtiyacınız var. Maliyyə fonu uğurludur. Gəlirlər gözləntilərinizdən də artıq olacaq.

Qız - təmaslar, mühüm görüş və işgüzar danışıqlar üçün əlverişli gündür. İndiyədək daim mübahisə və münaqişədə olduğunuz insanla danışıqlarda ortaq məxrəcə gəlmək olar. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bizneslə bağlı əla ideyalar peyda olacaq. Rəqib və ya bədxahlardan biri daha fəndgir tərpənməmiş həmin ideyanı reallaşdırmağa çalışın.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda ehtiyatlı, diqqətli olun. Neqativ emosiyaların əsiri olmayın. Əyləncə və ya istirahət məkanına yollanmaq pis sonuclana bilər.

Axşam saatlarında bədxərclik etməyin.

Tərəzi - görüşlər xoş keçəcək, ünsiyyət pozitiv emosiyalar yaradacaq. İndiyədək öz fikrindən savayı kimsənin dediyini bəyənməyən insanlar belə, sözlərinizə qulaq asmağa başlayacaqlar. Tələsməmək çox mühüm məsələdir. Bütün problemləri dərhal həll etmək mümkün deyil. Çətinlikləri ardıcıl şəkildə çözmək lazımdır.

İndiyədək tam inandığınız insan maliyyə işlərini nizama salmağa mane olacaq. Köhnə dostlar və ya müttəfiqlərdən birini itirə bilərsiniz.

Az sonra ciddi məcraya düşəcək münasibət başlaya bilər. Nə istədiyinizi dəqiqləşdirin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin.

Əqrəb - yeni ideyalar və planları reallaşdırmaq üçün yetərincə güc, enerjiniz var. Hansısa iş alınmasa belə, ruhdan düşməyin, geri çəkilməyin. Yeni, məhsuldar əməkdaşlığa başlamaq olar.

Tərəfdaş və ya müttəfiqi diqqətlə seçin. İşgüzar səfərlərə yola düşməzdən əvvəl ciddi hazırlaşın, şərtləri və detalları müzakirə edin.

Yeni tanışlıqlar istisna deyil. Fəqət, romantik münasibətlərə başlamağa tələsməyin. Şəxsi həyatınızla bağlı mühüm qərarlar qəbul etməzdən əvvəl dostlar və yaxınlarınızla məsləhətləşin.

Oxatan - mürəkkəb, genişmiqyaslı, ağır və mühüm işlər üçün əlverişli gündür. Çətinliklər sizi qorxutmasın. İstənilən səddi dəf edə bilərsiniz. İşdə kiçik problemlər və anlaşılmazlıqlar, rəhbərliklə mübahisə istisna deyib. Qapını çırparaq getmək, bu lənətə gəlmiş yerdən qurtulmaq istəyi yarana bilər. Fəqət, soyuqqanlı olun, təmkinli davranın.

Bir qədər sonra anlayacaqsınız ki, hər şey o qədər pis deyil.

Günün ikinci yarısı daşınmaz əmlakla bağlı əməliyyatlar, habelə köç və ya təmirə başlamaq üçün düşərli zamandır. Uzaq səfərə, yaxud səyahətə yollanmaq olar. Bir şərtlə ki, yanınızda sadiq dostlar olsun.

Axşam saatlarında pul gələcək. Alış-veriş etmək olar.

Oğlaq - uğursuz, çətin, qarışıq gündür. Çətinliklərin sayı artır. Bu yaxınlaradək sizə müttəfiq olan insanlar yolunuzda maneə və sədlər yaradırlar. İşdə rəhbərliklə dil tapmaq ağırdır. Elə bir situasiya formalaşa bilər ki, iş yerini dəyişmək məcburiyyəti qarşısında qala bilərsiniz. Daha çox çalışmaq şəxsi planlarınızda dəyişikliklərə ehtiyac yaradır.

Günün ikinci yarısında yaxınlarınız çətin situasiyaya düşdüyünüzü anlayacaq, sizi dəstəkləyəcəklər. Romantik görüşü ertələyin. Dostlarla təmaslar pis keçməyəcək. Özünüzü soyuğa verməyin. Soyuqdəymə və zökəm riski var.

Dolça - uzaq səfərlərə yollanmaq sərfəli deyil. Evə nə qədər yaxın olsanız, gün bir o qədər uğurlu olacaq. Maraqlı işgüzar təkliflərin alınması istisna deyil. Əvvəllər məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan biri ilə yeni layihəyə başlaya bilərsiniz. Peşəkar fəaliyyət müstəvisindəki əlaqələrin bəzilərini bərpa etmək olar. Romantik münasibətlərlə risk etməyin.

Bir zamanlar sizə yaxın olan insana yenidən qayıtmaq yaxşı heç nə vəd etmir.

Günün ikinci yarısında travma riski böyükdür. Ehtiyatlı davranın.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Balıqlar - tələsməyin, düşünülməmiş qərarlar qəbul etməyin. Yaranmış situasiyanı təhlil etmək və formalaşan ünsürləri anlamaq üçün yetərincə vaxt var. Dürüst qərar verin, sonra da onu həyata keçirin. Tələsən və ya vurnuxan insanların uğursuzluğa duçar olduğunu unutmayın. Təmkinli davrasanız, parlaq qələbələrə nail ola bilərsiniz.

İşgüzar görüşlər pis keçməyəcək. Özünüz üçün ən sərfəli şərtlərlə anlaşma və ya sövdələşmələrə nail ola bilərsiniz.

Günün ikinci yarısında aktiv olun. Zərərli vərdişdən qurtulmaq, normal istirahət etmək imkanları var. Qəfil hədiyyə ala bilərsiniz. / Milli.Az

Xəbər lenti