Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Bu xəstəliyi olanların koronavirusdan ölüm riski böyükdür

Maraqlı | 234 | 16:23 • 8 Mart 2021
Bu xəstəliyi olanların koronavirusdan ölüm riski böyükdür

COVID-19 diş əti xəstəliyi olan xəstələrdə ağır fəsadlar yaradır. Bu şəxslərin ölüm riski daha yüksəkdir.

Bu barədə "Journal of Clinical Periodontology" jurnalında dərc olunan bir araşdırmada bildirilir.

Araşdırmaya görə, koronavirus infeksiyası və diş əti xəstəliyi olan xəstələrin diş ətlərinin vəziyyəti yaxşı olanlardan 9 qat daha çox ağırlaşma ehtimalı var.

Periodontit, ağız boşluğunun diş tökülməsinə və digər ciddi problemlərə səbəb olan yoluxucu bir xəstəlikdir. Periodontit və ya periodontal xəstəlik sistemik iltihabla müşayiət olunur. Xroniki xəstəliklər üçün risk faktorudur. Xroniki xəstəlikləri olan insanların COVID-19-a yoluxma və daha ağır qəbul etmə ehtimalı daha çox olduğu bilinir.

Yeni tədqiqatlar göstərir ki, koronavirus və diş əti xəstəliyi olan xəstələrin reanimasiya şöbələrində olma və ventilyasiya aparatına qoşulma ehtimalı daha yüksəkdir./publika.az

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
42 | 11:57 • 11 Aprel 2021