Bakı 20 ℃
Xəzər Xəbər
USD 1.7

Kimlərdə güclü immunitet yaranır?

Koronavirus xəstəliyi dövründə qoxu hissini itirənlərin immuniteti daha güclüdür.
Maraqlı | 198 | 09:45 • 2 Mart 2021
Kimlərdə güclü immunitet yaranır?

Koronavirus xəstəliyi dövründə qoxu hissini itirənlərin immuniteti daha güclüdür.

İtaliyanın Humanitas Universitetinin alimləri bu nəticəyə gəlib. Mütəxəssislər qoxu və dadbilmə duyğusunun itməsini bədəndəki infeksiyanın uzun müddət davam etməsi ilə əlaqəli ola biləcəyini iddia edir. Beləliklə, patogen qoxu sinirinə daxil olur və orada daha çox antikor istehsalına imkan verən iltihablı bir prosesə səbəb olur. Alimlər əmindirlər ki, koronavirus simptomları ilə immunitetin yaranması arasındakı əlaqəni aşkar edən tədqiqatları davam etdirmək lazımdır.

Orta hesabla qoxu hissinin bərpası üç gündən üç aya qədər davam edir. Anosmiyanın təzahür mexanizmi hələ tam öyrənilməyib.

Rusiyalı mütəxəssislər əmindir ki, əldə edilən nəticələr dad və iybilmə duyğusunun itməsi sinir və neyronların zədələndiyini göstərə biləcək.

“İybilmə sinirlərində ACE2 reseptorları olan bir çox hüceyrə var ki, koronovirus onlarla bağlanır. Buna görə zədələnəndə orada bir çox lemfosit yığılır və immun reaksiya güclənir", - Novosibirsk Dövlət Universiteti Təbiət Elmləri Fakültəsi Biotexnologiya və Virusologiya laboratoriyasının rəhbəri Sergey Netesov deyib.

Buna baxmayaraq, koronavirusdakı qoxu itkisi fenomeninin tədqiqatçılar üçün hələ də tam aydın olmadığı qeyd olunur./Publika.az 

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021