Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Qərb min illərdir bizi aldadıb? - Hind astrologiyasının İNANILMAZ GERÇƏKLƏRİ

Minlərlə il yaşı olan Hind astroloji sistemində Qərb ilə müqayisədə daha etibarlı üsullardan istifadə edilir.
Maraqlı | 225 | 19:16 • 20 Fevral 2021
Qərb min illərdir bizi aldadıb? - Hind astrologiyasının İNANILMAZ GERÇƏKLƏRİ

Qərb və Hind astrologiyası arasında 5 əsas fərqi təqdim edirik.

Bəzi ədəbiyyatlarda “Vedik Astrologiyası” adlandırılan Hind astrologiyası Cotişa və ya Cotişya (Ulduz falı) kimi daha milli adlandırmalara da sahibdir. Sanskrit dilindən tərcümədə bu sözlər “aydınlıq, səmavi bədən” mənasına gəlir.

Əsas fərqlər

Hind astrologiyası Hindistan yarımadasında ortaya çıxarkən, Qərb astrologiyası Qədim Yunanıstanda yaranıb və Misir mədəniyyətindən təsirlənib. Bu 2 mədəniyyət arasındakı ən əsas fərq 12 bürcü əmələ gətirən ulduzları ayırmaq üçün 2 müxtəlif sistemdən istifadə edilməsidir.

Qərb astrologiyası Tropikal Zodiak sistemindən istifadə edir və 12 bürcü 21 mart tarixindən etibarən, Qoç bürcündən başlamaq üzrə dəyərləndirir. Hind astrologiyası isə Sidereal Zodiak sisteminə əsaslanmaqdadır. Qoç Hind astrologiyası üçün də ilk bürcdür, amma hesablamalara görə, bu bürcün başlanğıcı 12 aprelə təsadüf edir.

Hint astrologiyasının əsaslandığı Sidereal Zodiak sistemində ulduzların mövqeyi, Qərb astrologiyasında isə Günəş əsasdır.

Hint astrologiyasında 9 planet var: Günəş, Ay, Mars, Merkuri, Yupiter, Venera, Saturn və Ay düyünleri olan Rahu-Ketu. Qərb astrologiyası isə Uran, Neptun və Plutonu da hesbalayır.

Başqa bir fərq isə Hind astrologiyasında “Nakşatra” (ulduz) adı verilən ay bürclərindən istifadədir.

Hind astrologiyası gələcəyin proqnozlarını vermək üçün planetləri analiz edərkən “Vimşottari Daşa” sistemini istifadə edir. Bu sistemə əsasən, bir insanın maksimum yaşayış müddəti 120 ildir və 1 Daşa isə 365,25 günə bərabərdir.

Hind astrologiyası isə Daşa sistemindən istifadə etməz, planetlərin irəliləyişlərinə və hərəkətlərinə bağlı olaraq tranzitlər üzərində işləyir.

Günəşin mövqeyi və planetlərin hərəkətləri ilə maraqlanan Qərb astrologiyası insan psixologiyası, şəxsiyyəti və xarakterinə də əhəmiyyət verir. Digər tərəfdən, Ayı mərkəz alan Hind astrologiyası həyatı bütün sahələri ilə əhatə edir.

Hansı daha etibarlıdır?

Qərb astrologiyası ilə müqayisədə Hind astrologiyasının doğruluğuna dair daha çox dəlil var. Daha real astronomik prinsiplərə əsaslanan Hind astrologiyası sadəcə doğum xəritəsini deyil, eyni zamanda planetlərin müxtəlif bürclərə etdiyi tranzitləri (daşa) və bu tranzitlərin paralel zaman təsirlərini də incələyir.

Ay hər 2,25 gündə bir yeni bir bürcə doğru irəliəyərkən Günəş bunu 1 ayda tamamlayar. Bu da Aya əsaslanan ehtimalların, yəni dolayısı ilə Hind astrologiyasının daha doğru olduğunun bir sübutudur. Vəziyyətə və hadisələrə görə ruh halımız tez-tez dəyişdiyinə görə, bu, məntiqli sistem kimi gəlir.

Ay zehnimizin, duyğularımızın və mənliyimizin əksidir. Bu da ayın mövqeyinin şərh olunmasının daha doğru proqnozlara və analizlərə yol açacağının göstəricisidir. Hind astrologiyası daha dəqiq, detallara əsaslanan üsul və metodlardan istifadə edir. Bu baxımdan, Qərb astrologiyası ilə müqayisədə daha etibarlıdır./publika.az

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021