Xəzər Xəbər

Koronavirus peyvəndini tapan türk həkimdən şok sözlər

Pandemiya hələ 10 il davam edəcək
Maraqlı | 16:21 • 17 Fevral 2021
Koronavirus peyvəndini tapan türk həkimdən şok sözlər

"Pfizer/BioNtech” peyvəndinin ixtiraçıları -  türk əsilli professor Uğur Şahin və həyat yoldaşı, doktor Özləm Türecinin iştirakı ilə "Pandemiyanı məğlub etmək üçün beynəlxalq əməkdaşlıq" adlı videokonferans keçirilib. 

Uğur Şahin videokonfransda önəmli açıqlamalar verib. 

"10 milyondan çox insana kifayət edəcək qədər peyvənd tədarük etdik. Ancaq hələ də qarşıda görülməli olan çok iş var. Peyvəndimizi dünyadakı bütün insanlara çatdırmaq istəyirik. Təkcə iqtisadi baxımdan güclü ölkələrin yox, inkişaf etməkdə olan ölkələrin də peyvənd ala bilməsini istəyirik", - deyə professor qeyd edib. 

U.Şahin vurğulayıb ki, koronavirus hələ uzun müddət dünyanın gündəmində qalmağa davam edəcək:

"Bu virusun bizimlə qalacağı aydındır. Bu sadəcə 2021-ci ilin və 2022-ci ilin ötəri problemi deyil, koronavirus qarşıdakı 10 il üçün çətinlik yaradacaq"./Sfera.az 

Xəbər lenti