Xəzər Xəbər

COVID-19-dan sağalanlarda qeyri-adi vəziyyət aşkarlandı

Maraqlı | 18:56 • 27 Yanvar 2021
COVID-19-dan sağalanlarda qeyri-adi vəziyyət aşkarlandı

COVID-19 xəstəliyindən sağalan insanlarda qeyri-adi immunitet xüsusiyyəti aşkarlanıb.


XəzərXəbər xəbər verir ki, bu barədə L.Paster adına Sankt-Peterburq Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru Areq Totolyan bildirib.


Qeyd edilib ki, xəstələr sağalandan sonra 1-2 ay ərzində immunitet səviyyələrində azalma müşahidə edilib.


Sağalma prosesində olan xəstələrin müşahidə edilməsindən sonra bu qənaətə gəldiklərini bildirən institut direktoru bildirib ki, insanlar artan yorğunluq, uyuşma və performans azalmasından əziyyət çəkir, idrak funksiyaları da zərər görür.


O, immunitet depressiyasının geri qaytarıla biləcəyini vurğulayıb. /Publika.az

Xəbər lenti