Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

“Reuters” peyvəndlərdəki inanılmaz defekti üzə çıxardı: Milyonlarla dozalıq vaksin zibil qutusuna atılır

Maraqlı | 259 | 17:02 • 20 Yanvar 2021
“Reuters” peyvəndlərdəki inanılmaz defekti üzə çıxardı:

"Pfizer” və "BioNTech tərəfindən hazırlanan koronavirus peyvəndi haqqında yeni faktlar ortaya çıxıb.

 

Peyvəndin şüşəsinin üçün israfçılığa səbəb olduğu anlaşılıb. Fransa, İsveçrə, Almaniya kimi ölkələrdə milyonlarla dozalıq vaksinin zibilə atıldığı müəyyənləşib. 


Bu barədə "Reuters” məlumat yayıb. 


Məlumata görə, adı çəkilən ölkələrdə 6 dozalıq koronavirus peyvəndlərindən cəmi 5 doza vaksin əldə edilir. Beləliklə, bir çox ölkənin vaksin tapa bilmədiyi bir vaxtda milyonlarla dozalıq peyvənd israf olunur.


"2 doza vaksin üçün 200 min şüşədən çıxan vaksin 600 min insanın peyvəndlənməsi üçün kifayət edər. Ancaq 5 doza çıxarılıb, geri qalanı atıldıqda isə 200 min şüşə peyvənd 500 min nəfərin peyvəndlənməsi deməkdir”.


Qeyd olunur ki, koronavirus üçün bir dəfəlik doza 0.30 ml təşkil edir. Fransa başda olmaqla bir sıra Avropa Birliyi ölkələrində 1 ml-lik şpris olmadığı üçün onlar vaksin şüşəsindən 5 doza çıxarıb geridə qalanı atırlar. Danimarkada eyni şüşədən 6 doza vaksin əldə edilir. Hollandiyalı rəsmilər isə hətta 7 doza vaksin əldə edə bildiklərini açıqlayıblar. /Sfera.az

Çox oxunanlar