Bakı 3 ℃
Xəzər Xəbər
USD 1.7

Koronavirus qrip kimi olsa, hər il... Professordan VACİB AÇIQLAMA

Maraqlı | 182 | 20:18 • 15 Yanvar 2021
Koronavirus qrip kimi olsa, hər il...

"Virus hazırkı vəziyyətində qalsa, 7-8 ayda bir dəfə və ya hər il peyvənd vurdurmalı olacağıq”.


Bunu Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü, Hacettepe Universitetinin professoru Ateş Kara deyib.


Onun sözlərinə görə, koronavirus mutasiyaya uğrayarsa, o zaman yeni tipin xüsusiyyətlərinə uyğun şəkildə hərəkət etmək lazımdır.


"Bəzi xəstəliklərə qarşı ömürdə 1 dəfə peyvənd vurdurmaq kifayət edir. Bəzilərində isə bir neçə dəfə vurdurmaq lazımdır. Biz mövsümi koronavirusa qarşı hər il yenidən həssas vəziyyətə gəlirik, hər il xəstələnə bilirik. Hazırda vurdurduğumuz peyvəndin yaratdığı antitel və hüceyrə səviyyəsi azala bilər. Buna görə də 7-8 aydan sonra bir daha peyvənd olunmalıyıq. Virus qripdəki kimi dəyişiklik göstərsə, o zaman vəziyyətə yenidən baxmalıyıq. Mutant virus əvvəlkindən tamamilə fərqlənsə, qripdə olduğu kimi yeni virusa adaptasiya olmaq üçün hər il peyvənd vurdurmalıyıq”./Publika.az

Çox oxunanlar