Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Rus alimləri ilan zəhəri ilə koronavirusa yoluxmanın qarşısını aldılar

Maraqlı | 166 | 16:23 • 13 Yanvar 2021
Rus alimləri ilan zəhəri ilə koronavirusa yoluxmanın qarşısını aldılar

Rusiyalı alimlər gürzə və digər ilanların zəhərindən istifadə edərək yeni növ koronavirusa yoluxmanın qarşısı alınıb.


"TASS” xəbər verir ki, Rusiya Elmlər Akademiyası Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi rus alimləri ilan zəhəri ilə yeni növ koronavirusa yoluxmanın qarşısını alıblar. Bunun üçün tədqiqatçılar bir neçə növ gürzənin zəhərindən "PLA2” molekullarını çıxarıb, quruluşlarını analiz ediblər. 


Aparılan araşdırmalar nəticəsində ilan zəhərinin bütün formalarının bu və ya digər şəkildə hüceyrə tərkibindəki virusun çoxalmasının qarşısını alması məlum olub. /Yeniavaz.com

Çox oxunanlar