Xəzər Xəbər

Koronavirusun daha bir mutant növü aşkarlandı Simptom göstərmir, amma...

Maraqlı | 18:33 • 11 Yanvar 2021
Koronavirusun daha bir mutant növü aşkarlandı

Koronavirus mutasiyaya uğramağa davam edir.


Britaniya və Cənubi Afrikadan sonra Yaponiyada da infeksiyanın fərqli mutant versiyası aşkarlanıb.


Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyanın Amazonas əyalətindən ölkəyə daxil olan 4 sərnişində mutant virus tapılıb.


Milli İnfeksion Xəstəliklər İnstitutunun sədri Takaji Vakita bildirib ki, hazırda bu sərnişinlərdə aşkarlanan variantın daha yoluxucu olmasına dair sübut yoxdur.


Onlardan birində xəstəliyin heç bir simptomu yoxdur.


Qeyd edək ki, Yaponiyada pandemiya ərzində 282 min 737 nəfər virusa yoluxub, 3 min 805 nəfər ölüb./Publika.az

Xəbər lenti