Xəzər Xəbər

80 milyon uşağın həyatı təhlükədə BMT-dən xəbərdarlıq

Maraqlı | 17:07 • 23 May 2020
80 milyon uşağın həyatı təhlükədə

COVİD-19 pandemiyası səbəbindən 68 ölkədə 80 milyon 1 yaşı tamam olmamış uşaq peyvənd xidmətlərindən mərhum olub. Virus artıq sağlamlıq böhranı ilə yanaşı uşaq hüquqları böhranına çevrilir.

Bu sözləri BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) icraçı direktoru Henriette Fore deyib.

O, əlavə edib ki, pandemiyaya qarşı tədbirlərin alınması səbəbindən dünyadakı uşaqların dörddə üçünə, yəni 1,8 milyard uşağa "evdə qal” siyasəti tətbiq edilir. Eyni zamanda 153 ölkdə məktəblərin bağlanması 1,2 milyard uşaq təhsildən mərhum edilib ki, bu da təhsl alan uşaqların 70 faizi deməkdir.

Före əlavə edib ki, ötən həftə Con Hopkinis Universitetinin açıqladığı rəqəmlərə görə, pandemiya davam edərsə, hər gün 6 min uşaq qarşısı alına bilən xəstəliklər səbəbində ölə bilər.

Mütəxəssis 27 ölkədə qızılca, 38 ölkədə isə poliomielit peyvəndinin dayandırıldığını xatırladaraq bunun nəticələrinin uşaqlar üçün ölümcül ola biləcəyinə diqqət çəkib.

Xəbər lenti