Xəzər Xəbər

“Instagram” məşhuru Amber Luke son paylaşımı ilə hər kəsi heyrətləndirdi - FOTO

Maraqlı | 17:28 • 13 Dekabr 2019
“Instagram” məşhuru

Hər elədiyi sensassiyayaçevrilən "Instagram”modeli Amber Luke son paylaşımı ilə yenə izləyicilərini heyrətləndirib. Yeni macəralar axtardığını daha əvvəl də vurğulayangənc qız indi də haça dil əməliyyatı keçirib və yeni görüntüsünü sosial şəbəkədə paylaşıb.

Bu barədə "Hürriyyet” xəbər verib.

Heyranları da onun bu yeni halına çoxlu təriflər yağdırıblar.

Qeyd edək ki, haça dil əməliyyatı qorxunc nəticələrə səbəb ola bilər. Həkimlər bu məsələdə ciddi xəbərdarlıq edirlər. Əməliyyat xüsusilə qan itkisi, infeksiya, sinirlərin zərər görməsi, nəfəsalma və udqunma ilə bağlı problemlər də daxil, bir sıra mənfi nəticələrə səbəb ola bilər.

İzləyicilərinin sayı 200 mindən artıq olan 24 yaşlı "Instagram”modeli bədənindəki döymələri ilə məşhurdur. O, son döyməsindən sonra üç həftə kor qalmışdı.

oxu.az

Xəbər lenti