Bakı 24 ℃
Xəzər Xəbər
USD 1.7

Bethovenin yarımçıq qalan simfoniyası... – 198 il sonra

Maraqlı | 15:47 • 9 Dekabr 2019
Bethovenin yarımçıq qalan simfoniyası...

Alman bəstəkar Lüdviq Van Bethovenin yarımçıq qalan 10-cu simfoniyası süni intellekt vasitəsilə tamamlanacaq.

Aralarında musiqişünaslar, bəstəkarlar, kompüter mütəxəssisləri və pianoçu Robert Levinin olduğu bir qrup bu məqsədlə bir araya gəlib.

Layihə Almaniya telekommunikasiya şirkəti və Karacan İnstitutu tərəfindən həyata keçirilir. Tamamlanacaq simfoniya gələn il Bethovenin 250 illik yubileyi münasibətilə bəstəkarın doğulduğu Bonn şəhərində Bethoven Orkestri tərəfindən səsləndiriləcək.

1770-1827-ci illərdə yaşayan və bu illərdə sözügedən əsər üzərində işləyərkən vəfat edən Lüdviq Van Bethovenin bu 10-cu simfoniyasından sadəcə bir neçə not və əlyazma var. Artıq yarımçıq qalamış əsərin başa çatdırılması üçün ilk cəhdlər edilib.

Yarımçıq qalan bəstələrin kompüter proqramları vasitəsilə tamamlanmasına cəhd ilk dəfə edilmir. Bundan əvvəl Çində avstriyalı bəstəkar Frans Şubertin (1797-1828) yarımçıq qalan 8-ci simfoniyası süni intellekt vasitəsilə tamamlanıb. Həmin əsər keçən il ilk dəfə olaraq, İngiltərənin paytaxtı Londonda səsləndirilib./teleqraf

Xəbər lenti