Xəzər Xəbər

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı Açıqlanıb

İqtisadiyyat | 17:49 • 6 İyun 2025
Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 588 borcalana 3,526 milyard manat kredit verilib.

Bu barədə İKZF-dən məlumat əldə edilib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.

7 254 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.(trend)

Xəbər lenti