Xəzər Xəbər

Azərbaycan hidrogen istehsal edəcək

İqtisadiyyat | 17:07 • 3 İyun 2025
Azərbaycan hidrogen istehsal edəcək

2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq ki, bunun da 4 giqavatı ixrac ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək.

“Son illər yaşıl enerjiyə investisiya yatırırıq. Biz hazırda 4 interkonnektor layihəsinə başlamışıq. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 2035-ci ildən sonra hidrogen istehsalına başlayacağıq”, - deyə o bildirib.

Xəbər lenti