Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 milyard 703.7 milyon dollar dəyərində 18 min 941.97 kq qızıl idxal edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.
Azərbaycanın qızıl idxalında ən çox paya malik 3 ölkə Rusiya (23 faiz), Avstraliya (17.7 faiz) və Böyük Britaniyadır (11.6 faiz).
Ötən il isə Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal etmişdi.
Qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0.15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.
Aşağıdakı cədvəldə bu ilin birinci rübündə Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:
Ölkələr | miqdar, kq | məbləğ, min ABŞ dolları |
Özbəkistan | 481.75 | 45 139.78 |
Rusiya | 4 416.04 | 403 255.41 |
Amerika Birləşmiş Ştatları | 298.64 | 26 232.93 |
Avstraliya | 3 353.93 | 290 123.54 |
Böyük Britaniya | 2 189.22 | 198 272.24 |
Braziliya | 896.79 | 819 70.85 |
Cənubi Afrika Respublikası | 100.48 | 9 233.64 |
Çin | 1 173.72 | 108 207.58 |
Honkonq | 171.77 | 15 384.9 |
İsveçrə | 394.21 | 32 073.57 |
Kanada | 1 375.07 | 129 773.39 |
Meksika | 2 007.11 | 174 711.79 |
Türkiyə | 959.78 | 88 713.07 |
Yaponiya | 37.88 | 3 552.22 |
Zimbabve | 12.2 | 1 133.44 |
Almaniya | 1 012.1 | 90 445.28 |
İspaniya | 48.16 | 4 252.43 |
Rumıniya | 13.12 | 1 224.06 |