Xəzər Xəbər

Ələtdə inşa olunan hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq

İqtisadiyyat | 11:41 • 5 May 2025
Ələtdə inşa olunan hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq

Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan beynəlxalq hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O bildirib ki, hava limanı 750 hektar ərazini əhatə edəcək. Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir: “Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.

Xəbər lenti

Çox oxunanlar