ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,16% artaraq 1 barelə görə 69,57 ABŞ dolları təşkil edib.
Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,09% artaraq 1 barelə görə 66,42 ABŞ dollarına bərabər olub.