Xəzər Xəbər

Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik təsdiqlənib

İqtisadiyyat | 13:00 • 29 Noyabr 2024
Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik təsdiqlənib

Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını son oxunuşda təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar