Xəzər Xəbər

Avropa İttifaqı ÜTT-yə Çinlə bağlı şikayət edib

İqtisadiyyat | 08:59 • 26 Noyabr 2024
Avropa İttifaqı ÜTT-yə Çinlə bağlı şikayət edib

Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çinlə bağlı şikayət edib.

Xezerxeber.az xəbər verir ki, buna səbəb Pekinin Avropadan idxal edilən spirtli içkilərə oktyabrın 11-dən etibarən əlavə vergi tətbiq etməsidir. Bu addım Aİ-nin Çindən idxal edilən bəzi elektromobil modellərinə 35 faiz rüsum tətbiq edilməsinə cavab olaraq atılıb. Rəsmi Pekin bu məsələ ilə bağlı ÜTT-yə şikayət edib.

Təşkilatın şikayətlərə baxacağı tarix məlum deyil.

Xəbər lenti

Çox oxunanlar