Xəzər Xəbər

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi nədir? RƏSMİ

İqtisadiyyat | 17:06 • 25 Noyabr 2024
Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi nədir?

Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəıbər verir ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.

"Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq", - məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar