Xəzər Xəbər

Dövlət büdcəsinə dəyişikliklər müzakirə edilir

İqtisadiyyat | 11:35 • 27 May 2024
Dövlət büdcəsinə dəyişikliklər müzakirə edilir

2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər edilir.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasın gündəliyinə büdcə dəyişiklikləri ilə bağlı aşağıdakı üç məsələ daxil edilib:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Rubrikanın digər xəbərləri

Xəbər lenti