Xəzər Xəbər

Azərbaycanda yeni iş yerlərinin sayı açıqlanıb

İqtisadiyyat | 13:25 • 24 May 2024
Azərbaycanda yeni iş yerlərinin sayı açıqlanıb

2024-cü ilin I rübündə Azərbaycanda 22 517 yeni iş yerləri yaradılıb.

Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 25.9% artıb.

Məlumata görə, 2023-ci ilin I rübündə Azərbaycanda 17 886 yeni iş yeləri açılmışdı.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda mövcud müəssisə və təşkilatlarda 20 037 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 2 265 yeni iş yeri açılıb.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 2 955 yeni müəssisə və təşkilat, 21 781 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 27%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 27.4% azalıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024