Xəzər Xəbər

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

İqtisadiyyat | 15:16 • 9 Dekabr 2023
Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

“Astara” gömrük postunda 240, “Biləsuvar” gömrük postunda 130, “Qırmızı Körpü” gömrük postunda 1300, “Mazımqara” gömrük postunda 90, “Samur” gömrük postunda 67 və “Xanoba” gömrük postunda 13 yük maşını var.

AYNA-dan Xezerxeber.az-a bildirilib ki, hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.

Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Xəbər lenti

Çox oxunanlar