Xəzər Xəbər

Tahir Mirkişili: Yeni qanun layihəsi qiymət artımının qarşısını almağa imkan verəcək

İqtisadiyyat | 12:31 • 3 Oktyabr 2023
Tahir Mirkişili: Yeni qanun layihəsi qiymət artımının qarşısını almağa imkan verəcək

Son zamanlar dünyada və bazarda baş verən qlobal hadisələr dövlət ehtiyatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradıb. Ölkəmizdə qlobal problemlərdən biri olan qida təhlükəsizliyinin aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin oktyabrın 3-də keçirilən iclasında deyib.

Dövlət Ehtiyatları Agentliyinin 2021-ci ildə yaradıldığını xatırladan Tahir Mirkişili bildirib: “Hazırda ən mühüm vəzifələrdən biri də ərzaq balansının qorunması, bazarın tənzimlənməsi, istehsalın genişlənməsi, qiymət artımının qarşısının alınmasıdır və bu istiqamətdə müvafiq işlər görülür. Yeni qanun layihəsi ciddi problemlərin və narahatlıq doğuran qiymət artımının qarşısını almağa imkan verəcək”.

Komitə sədri bildirib ki, “Dövlət ehtiyatları haqqında” qanun layihəsi ölkədə qiymət artımının artmasının qarşısını alacaq. Qeyd edilib ki, sənəd strateji, səfərbərlik və fövqəladə ehtiyatların yaradılması, idarə edilməsi kimi məsələləri özündə ehtiva edir.

Rubrikanın digər xəbərləri

Türkmənistanda SOCAR-ın ofisi
Türkmənistanda SOCAR-ın ofisi AÇILIB
17:30 • 28 Noyabr 2023
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:38 • 28 Noyabr 2023
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:34 • 28 Noyabr 2023
Sahibkarlar üçün vahid reyestrin yaradılmasına
Sahibkarlar üçün vahid reyestrin yaradılmasına BAŞLANILDI
10:25 • 27 Noyabr 2023
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:09 • 25 Noyabr 2023
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
09:36 • 25 Noyabr 2023

Xəbər lenti