Xəzər Xəbər

Əmlaklara verilən çıxarışların sayı kəskin artıb

Rəsmi statistika açıqlanıb
İqtisadiyyat | 09:12 • 29 Sentyabr 2023
Əmlaklara verilən çıxarışların sayı kəskin artıb

Cari ilin yanvar-avqust ayları ərzində 337 min 787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Xezerxeber.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çoxdur.

2023-cü ilin 8 ayı üzrə göstəricinin 53 min 117-si (15,7 faiz) ilkin, 284 min 670-si (84,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Həmçinin bu ilin yanvar-avqust ayları ərzində 273 min 750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz çoxdur. Bu ilin 8 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artaraq 54 min 074 olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024