Xəzər Xəbər

Azərbaycan neftinin bir bareli 100 dollardan baha satılır

İqtisadiyyat | 09:21 • 16 Sentyabr 2023
Azərbaycan neftinin bir bareli 100 dollardan baha satılır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti növbəti dəfə 100 dollardan yuxarı ticarət edilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,03 dollar artaraq 100,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.

Xəbər lenti