Xəzər Xəbər

Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

İqtisadiyyat | 09:16 • 10 Sentyabr 2023
Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5 faizə yaxınlaşıb.

“Gas Infrastructure Europe” Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, bu il sentyabrın 7-si tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz artaraq 93,47 faiz təşkil edib.

Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 103,4 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə nəticəsində Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azaldı. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz anbarlarının qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladı. Bu çərçivədə noyabrın 1-dək qaz anbarlarının 90 faizinin doldurulması nəzərdə tutulurdu. Beləliklə, Aİ hədəfinə təxminən 2 ay əvvəl çatdı.

Rubrikanın digər xəbərləri

Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024
Azərbaycan nefti ucuzlaşmaqda
Azərbaycan nefti ucuzlaşmaqda DAVAM EDİR
09:41 • 6 İyun 2024
Azərbaycan əhalisinin yanacaq xərcləri
Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB
08:46 • 6 İyun 2024

Xəbər lenti