Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 183 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,05% çoxdur.
Xezerxeber.az xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 148 mln. ABŞ dollarına bərabər olub.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.09.2023 tarixinə) 259,554 mln. ABŞ dolları olub, bu da isə 21% azalma deməkdir. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında ARDNF kondensatın satışından 328,567 mln. ABŞ dolları əldə edib.