Xəzər Xəbər

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb

İqtisadiyyat | 18:00 • 8 İyun 2023
Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb

2023-cü ilin ilk 3 ayında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur. 2022-ci ilk 3 ayında Rusiyadan Azərbaycana 99 milyon 703 min dollar dəyərində vəsait köçürülüb.

Qeyd edək ki, Rusiyadan pul köçürmələri ümumi köçürmələrin 69.2%-ni təşkil edib.

Xəbər lenti