Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərə ayrılacaq vəsait açıqlanıb

İqtisadiyyat | 11:37 • 6 İyun 2023
İşğaldan azad edilmiş ərazilərə ayrılacaq vəsait açıqlanıb

2023-cü ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərə "Böyük qayıdış" proqramı üzrə layihələrin icrası üçün 3 milyard manat nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, bu vəsaitin 60 faizi ötən 5 ay ərzində icra olunub. Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam etməkdədir.

Xatırladaq ki, ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon 500 min manat, xərclərinin 36 milyard 568 milyon 800 min manat məbləğində təsdiq edilməsi təklif edilir.

Xəbər lenti