Xəzər Xəbər

Tahir Mirkişili: Ötən il ÜDM-nin həcmi ölkə tarixində ilk dəfə 100 milyard manatı ötüb

İqtisadiyyat | 11:30 • 24 May 2023
Tahir Mirkişili: Ötən il ÜDM-nin həcmi ölkə tarixində ilk dəfə 100 milyard manatı ötüb

Qlobal və regional müstəvidə cərəyan edən mürəkkəb proseslər ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərsə də, bütövlükdə Azərbaycanda makroiqtisadi sabitliyə nail olunub. ÜDM-nin həcmi ölkə tarixində ilk dəfə 100,0 milyard manatı ötüb.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini təqdim edərkən bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, ötən ildə iqtisadiyyatın real artımı 4,6 faiz təşkil edib. Qeyri-neft sektoru üzrə isə artım 9,1 faiz olub.

“2022-ci ildə ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Ötən il iqtisadi artım davam edib və iqtisadi fəallığın yüksəlməsinin əsas hərəkətverici qüvvəsi qeyri neft-qaz sektoru olub. 2022-ci il ərzində Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcminin artması sayəsində təbii qazın hasilatı və ixracı genişlənib, həmçinin “yaşıl enerji” istehsalı və nəqli ilə bağlı mühüm addımlar atılıb.

Etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada söykənən siyasi əlaqələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu daha da artırıb. Eyni zamanda, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə istiqamətində islahat tədbirləri davam etdirilib. İl ərzində dünya bazarlarında qeydə alınan yüksək neft qiymətləri iqtisadi artıma müsbət təsir göstərib”, - deyə o qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti