Xəzər Xəbər

Azərbaycanda bankların sayı çox imiş... AÇIQLAMA

İqtisadiyyat | 18:11 • 18 May 2023
Azərbaycanda bankların sayı çox imiş...

Hazırda Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur. Ona görə yox ki, bizim ölkə coğrafi nöqteyi nəzərdən balacadır. Ona görə çoxdur ki, bizdə işgüzar fəallıq, investisiyaların həcmi, pul ketləsinin həcmi o qədər deyil.

Bunu iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda pul kütləsinin həcmi iqtisadiyyata nisbətdə çox aşağıdır. “Əgər pul kütləsini artırsaq, müvafiq normativlərə çatdırsaq, onda bizə çox bank lazım ola bilər və yaxud az bank amma böyük portfelli banklar ola bilər. Hesab edirəm ki, bu variant daha məqsədəuyğundur ki, bankların birləşərək böyüməsi vasitəsilə sayı azalsın.

"Amma yenə də bank sektoru yalnız öz mənfəətini artırmaq üçün fəaliyyət göstərməməlidir. Bank sektoru iqtisadiyyatın investisiya mənbəyi olmalıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. (trend)

 

Xəbər lenti