Xəzər Xəbər

70 milyon manat əmanətin taleyi sual altındadır “Günay Bank” bağlandı

İqtisadiyyat | 11:26 • 17 May 2023
70 milyon manat əmanətin taleyi sual altındadır

 Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib.

Xezerxeber.az xəbər verir ki, Bankın ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib.

"Sığortalanmış əmanətlərin həcmi isə 38.5 milyon manat olduğuna görə geriyə qalan 70 milyon manat vəsaitin aqibəti bəlli deyil."

Əsas diqqətə alınması məqam bankın kredit təşkilatları qarşısanda olan 90 milyon 104 min manat öhdəlikləridir ki, ilk olaraq bank bu öhdəlikləri ödəməlidir.

2023-cü ilin birinci rübündə “Günay Bank” ın aktivlərinin həcmi 274 milyon 274 min manat, cəmi öhdəliklərinin həcmi isə 206 milyon 295 min manat təşkil edib. (Apa)

 

Xəbər lenti