Xəzər Xəbər

İsraillə ticarət dövriyyəsi 30%-ə qədər artıb

İqtisadiyyat | 15:58 • 28 Mart 2023
İsraillə ticarət dövriyyəsi 30%-ə qədər artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 69 724,29 min ABŞ dolları və ya ? 26,3 faiz artaraq 334 136,93 min dollar təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi hesablama aparıb.

Hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan İsrailə 331 957,08 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 72 129,02 min dollar və ya 27,8 faiz üstələyir.

İsraildən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 52,5 faiz və ya 2 404,73 min dollar azalaraq 2 179,85 min dollar təşkil edib.

Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində İsrail ilə ticarətin payı 4,66 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,33 faiz bəndi çoxdur.

Xəbər lenti