Xəzər Xəbər

Ötən il Azərbaycan İtaliyaya 13 milyard avrodan yuxarı qaz satıb EUROSTAT

İqtisadiyyat | 18:31 • 27 Mart 2023
Ötən il Azərbaycan İtaliyaya 13 milyard avrodan yuxarı qaz satıb

2022-ci ildə İtaliya Azərbaycandan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 13 253 515 481 avro dəyərində təbii qaz satın alıb.

Bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.

"Eurostat"ın məlumatlarına əsasən, ötən il Azərbaycandan İtaliyaya təbii qaz ixracı 9 647 055 057 kubmetr təşkil edib.

2022-ci ildə Aİ ölkələrinin Azərbaycan qazının idxalına çəkdikləri ümumi xərc 15 598 852 881 avro, tədarüklərin həcmi isə 11 941 237 690 kubmetr olub.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, ölkədə qaz hasilatı 46,7 milyard kubmetr təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə 6,5 faiz və ya 2,5 milyard kubmetr artıb. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağından 13,4 milyard kubmetr, "Şahdəniz" yatağından isə 25,2 milyard kubmetr qaz hasil edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 8,1 milyard kubmetr qaz hasil olunub.

2022-ci il ərzində hasil edilən Azərbaycan qazının ümumi həcminin 22,3 milyard kubmetri ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisindən 18 faiz yüksəkdir.(Trend)

Xəbər lenti

Çox oxunanlar