Xəzər Xəbər

Bakıda torpaq almaq çətinləşir, qiymət bahalaşıb VİDEO

Torpaq sahələrinə təlabat çoxalmaqdadır.
İqtisadiyyat | 21:30 • 20 Mart 2023
Bakıda torpaq almaq çətinləşir, qiymət bahalaşıb

Paytaxda satışa çıxarılan torpaq sahələrinə yaz və yay aylarında təlabat çoxalmaqdadır.

Xezerxeber.az məlumat verir ki, şəhərin mərkəzində torpaq sahəsi azaldığı üçün, qiymətlərdə sürətlə bahalaşma müşahidə edilir.

Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı hesab edir ki, qiymətlərin hər keçən ayda dəyişməsinə, tikinti qaydalarının sərtləşməsi də təsir edib. Bu qaydaların sərtləşməsi, mülkiyyətdə olan torpaq sahələrinə tələbi bir qədər də artırıb.

Ramil Osmanlı deyir ki, yaz və yay ayları torpaq bazarı aktiv dövr hesab edilir. Paytaxda ən ucuz torpaq sahələri isə ətraf qəsəbə və kəndlərdədir. Abşeron rayonunun kənd və qəsəbləri, o cümlədən də paytaxt qəsəbələrində isə torpağın bir sotunun minumum qiyməti 1500-5000 manata qədər dəyişir.

Ekspert hesab edir ki, bu aylarda həm də bağ mövsümü olduğundan qiymətlərin artma ehtimalı da qaçılmazdır.

Xezerxeber.az "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar