Xəzər Xəbər

Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib

İqtisadiyyat | 10:32 • 14 Mart 2023
Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Xezerxeber.az-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq protokolları nəticəsində 2023-cü il yanvarın 1-dən martın 10-dək müddətdə idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu aşkarlanıb. Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə agentliyə məlumat verilməsi bildirilib.

Faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

Xəbər lenti