Xəzər Xəbər

Qida məhsulları ilə bağlı yeni xidmət haqqı müəyyənləşdi

Baş nazir qərar imzaladı
İqtisadiyyat | 12:00 • 10 Mart 2023
Qida məhsulları ilə bağlı yeni xidmət haqqı müəyyənləşdi

“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği” təsdiq edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Müəyyən olunub ki, bu Qərarda təsdiq edilmiş xidmət haqqının məbləği “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.13-cü, 25.6-cı, 26.4-cü və 31.4-cü maddələrində qeyd edilən məqsədlərlə götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda tətbiq edilir.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği cədvəli ilə bu linkdən tanış olmaq mümkündür.

Xəbər lenti