Son 5 ildə 348 gənc sahibkara 66,1 milyon manat güzəştli kredit verilib.
Bu barədə Xezerxeber.az-a Sahibkarlığın İnkişafı Fondundan bildirilib.
Qeyd edilib ki, bu kreditlər hesabına 1615 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Gənc sahibkarlar biznesini inkişaf etdirmək üçün dövlətin güzəştli maliyyə mexanizmlərindən yararlanır.