Xəzər Xəbər

Sanksiya və cərimələr sərtləşdiriləcək

İqtisadiyyat | 13:36 • 31 Yanvar 2023
Sanksiya və cərimələr sərtləşdiriləcək

Rəqabət Məcəlləsinə əsasən, qanunu pozanlara qarşı maliyyə sanksiyaları və cərimələr sərtləşdiriləcək.

Xezerxeber.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Aslanbəyli bildirib.

“Maliyyə sanksiyalarının tətbiq edilməsinin məqsədi büdcəyə vəsait köçürmək deyil, o hərəkətin, davranışın təkar olunmaması üçün lazımdır. Qanunu pozan subyektə qarşı cərimə, onun qanunu pozması nəticəsində əldə etdiyi gəlirdən çox olmayacaqsa, o zaman bu hərəkət davam edəcək”, - deyə Məmməd Aslanbəyli əlavə edib.

Xəbər lenti