Xəzər Xəbər

Haqsız rəqabət halları üzrə 60 iş qaldırılıb

İqtisadiyyat | 12:20 • 31 Yanvar 2023
Haqsız rəqabət halları üzrə 60 iş qaldırılıb

Ötən il antiinhisar və haqsız rəqabət halları üzrə 60 iş qaldırılıb, baxılması başa çatdırılmış işlərin sayı isə 48 olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 2022-ci ildə 6,47 milyon manatdan çox maliyyə sanksiyası tətbiq edilib. 2021-ci illə müqayisədə qaldırılmış işlər 3 dəfə, baxılması başa çatmış işlər 2,2 dəfə artıb.

Xəbər lenti