Xəzər Xəbər

G7 Rusiyanın dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir

İqtisadiyyat | 12:46 • 28 Yanvar 2023
G7 Rusiyanın dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir

G7 Avropa İttifaqı tərəfindən Rusiyanın dizel yanacağının bir bareli üçün müəyyənləşdirilən 100-110 dollar qiymət həddini dəstəkləyir.

Xezerxeber.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə G7-də olan mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı dizel yanacağının bareli üçün yuxarı qiymət həddini 100 dollar müəyyən etmək istəsə də, “yeddilik” limitin bir qədər yüksək olmasında israrlıdır. G7 ölkələri hesab edir ki, həddən artıq ucuz qiymət yanacağın qiymətində sıçrayışa və Avropa bazarında qıtlığa səbəb ola bilər.

Bu barədə müzakirələrin davam edəcəyi və fevralın əvvəlinə qədər sazişə nail olunacağı gözlənilir.

Yanvarın 27-də Londonun ICE birjasında dizel yanacağının bir barelinin qiyməti 125 dollar təşkil edib.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti