Xəzər Xəbər

Dollar ucuzlaşacaq?

Dollara tələb azalıb
İqtisadiyyat | 09:56 • 27 Yanvar 2023
Dollar ucuzlaşacaq?

“Mərkəzi Bankın təşkil etdiyi son 2 valyuta hərraclarında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib. Bu o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda maraqlı olmayıb. Yəni, hərraclarda bankların dollara tələbi yaranmayıb”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib. 

Bəs buna səbəb nədir? Manat dollara nisbətən möhkəmlənə bilərmi?

Deputat bildirib ki, dollara tələbin azalmasının bir neçə əsas səbəbi var:

“Əvvəla, mövsümi olaraq dollara tələbin azalması müşahidə olunur. Bu, daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır. İlin ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır. Ötən ilin ilk 11 ayında idxalın həcmi 12 milyard 881 milyon dollar olub. Bu, əvvəlki illə müqayisədə idxalın həcmində 1,2 faiz artım deməkdir. İdxal dollara əsas tələb yaradan faktordur. İdxalın həcminin dəyişməsi xarici valyutaya tələbi müəyyənləşdirir.

Digər tərəfdən, əhalinin də dollara tələbi azalmaqdadır. Burada iki mühüm məqam var. Birincisi, dollar alışına limitlər qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi, manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi azaldıb. Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon manatı isə xarici valyutada saxlanılır”.

V.Bayramov əlavə edib ki, manatın məzənnəsinin dəyişməsinə gəldikdə isə, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursu qoruyub saxlamaq daha prioritet görünür:

“Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa təsir edə bilir. Bu baxımdan mövcud məzənnə siyasəti manatın kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı volatilliyi nəzərə alsaq, kursda istənilən dəyişikliyin orta və uzunmüddətli dövrdə əks təsirləri ola bilər. İndiki halda Mərkəzi Bank üçün hədəf mövcud kursu qorumaqdır”.

Rubrikanın digər xəbərləri

Azərbaycan nefti
Azərbaycan nefti BAHALAŞDI
09:30
"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024

Xəbər lenti