Xəzər Xəbər

Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

İqtisadiyyat | 14:33 • 26 Yanvar 2023
Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Xezerxeber.az xəbər verir ki, qanuna əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək.

Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.

Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.

Xəbər lenti