Xəzər Xəbər

OPEC Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

İqtisadiyyat | 12:33 • 18 Yanvar 2023
OPEC Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

Xezerxeber.az OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, cari ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da öncəki proqnoz göstəricisindən 1000 barel çox olaraq illik müqayisədə 60 min barel artım deməkdir.

Hesabata əsasən, 2022-ci ildə bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 34 min barel azdır. Öncəki ehtimal olunan göstərici ilə müqayisədə artım tempi üzrə proqnoz 7 min barel azaldılıb.

Xəbər lenti