Sərnişinlər şəhərlərarası və rayonlararası avtobuslara biletləri mobil tətbiq vasitəsilə ala biləcəklər.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, artıq vətəndaşlar avtovağzala gəlmədən "biletim.az" portalı və ya mobil tətbiq vasitəsilə avtobuslara bilet əldə edə biləcəklər. Bundan əlavə, avtovağzalların kassalarından da bilet almaq mümkün olacaq.