Xəzər Xəbər

Bakıda 49 küçə və prospektdə avtobus zolaqlarının çəkilməsi təklif edilib

İqtisadiyyat | 11:39 • 6 Dekabr 2022
Bakıda 49 küçə və prospektdə avtobus zolaqlarının çəkilməsi təklif edilib

İctimai nəqliyyatda xidmət keyfiyyətlərinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 49 küçə və prospektdə xüsusi zolaqların təşkilini təklif edib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri BNA-nın mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, bu küçə və prospektlərin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab olunur. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Lakin xüsusi zolaqların şəbəkə halında hələ də formalaşmaması, eyni zamanda, onun tələbinə ciddi riayət olunmaması hədəflənən nəticəni əldə etməyə imkan vermir.

Xəbər lenti