Xəzər Xəbər

Bakıda avtobuslar xəttə çıxa bilmədi - sərnişindaşıma iflic oldu

Hazırda minlərlə sərnişin yollarda qalıb
İqtisadiyyat | 10:25 • 3 Dekabr 2022
Bakıda avtobuslar xəttə çıxa bilmədi - sərnişindaşıma iflic oldu

Bakıda sərnişindaşıma şirkətinin avtobusları xəttə çıxa bilməyib.

Xezerxeber.az Ucnoqta.az-a istinadən xəbər verir ki, BakıKart üzrə operator şirkət (K Group MMC) bütün avtobuslardakı ödəniş aparatlarına yeni proqram yükləyib. Bu gün səhər avtobuslar xəttə çıxanda məlum olub ki, proqramda problem var. 

Bütün xəttlər üzrə əksər avtobuslar işə çıxa bilməyib, hazırda minlərlə sərnişin yollarda qalıb.

Şirkətdən bildirilib ki, bu problem ilk dəfə deyil ki, yaradılır və özəl daşıyıcı şirkətə böyük maddi ziyan vurur.

Xəbər lenti