Xəzər Xəbər

Bakı taksilərin sayına görə İstanbulu ötüb

İqtisadiyyat | 11:01 • 2 Dekabr 2022
Bakı taksilərin sayına görə İstanbulu ötüb

Bakıda fəaliyyət göstərən taksilərin sayı İstanbul şəhərindəki taksilərdən çoxdur.

Bu sözləri dekabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində "Nəqliyyat və logistika kompleksinin inkişafı" mövzusunda keçirilən konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssis Rauf Səfərov deyib.

O bildirib ki, hazırda ölkə üzrə 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır. İstanbulda isə bu rəqəm 17 min civarındadır.

R.Səfərov qeyd edib ki, İstanbulda taksilərin sayına kvota tətbiq olunub və bu, şəhərdəki sıxlığı nizamlamağa imkan yaradır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti